Dünya

ABŞ dövlət katibi Türkiyə XİN rəhbəri ilə görüşəcək

ABŞ dövlət katibi Türkiyə XİN rəhbəri ilə görüşəcək
ABŞ dövlət katibi Mayk Pompeo Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Vaşinqtonda keçiriləcək görüş zamanı tərəflər Menbiç yol xəritəsini təsdiqləyəcəklər.

Görüş zamanı, həmçinin digər ikitərəfli, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də müzakirə olunacaq.

Qeydedək ki, nazir dövlət katibi Mayk Pompeonun dəvəti ilə 3-4 iyun tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq.

Mövlud Çavuşoğlu səfər çərçivəsində ABŞ-dakı türk və müsəlman icmalarının üzvləri, Amerikanın işgüzar dairələrinin, analitik mərkəzlərin və KİV nümayəndələri ilə də görüşəcək.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button