Dünya

Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürüldü

Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürüldü
Norveçdə ABŞ prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi irəli sürülüb. Bu barədə NRK telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, belə bir təşəbbüslə İnikişaf Partiyasının deputatları çıxış ediblər. Deputatlar Trampın Nobel sülh mükafatına layiq olduğunu bildiriblər.

Təşəbbüsün müəlliflərindən biri Pera-Villi Amundsenin sözlərinə görə, ABŞ və KXDR arasında münasibətlərin nizamlanması, həmçinin Koreya yarımadasının nüvəsizləşdirilməsi tarixi əhəmiyyət kəsb edir.

\”Bu proses bir qədər zəifdir, lakin biz əlimizdən gələni etməliyik ki, o, müsbət nəticəyə gətirib çıxarsın\”, – deyə parlament üzvü bildirib.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button