Dünya

Ermənilər ayağa qalxdı: Yerevan meriyası mühasirəyə alındı

Ermənilər ayağa qalxdı: Yerevan meriyası mühasirəyə alındı
Yerevan meriyasının girişləri yenidən etirazçılar tərəfindən bağlanıb.

Etirazçılar Yerevan meri Taron Markaryanın istefasını tələb ediblər. Onlar meriya binasından heç kimin çıxmasına imkan verməyiblər.

Qeyd edək ki, etirazlara əsas səbəb dünəndən etibarən Ermənistan mətbuatında Markaryan haqqında yayılan məlumatlar olub. Bu məlumatlarda Markaryanın dövlət vəzifəsində olduğu müddət ərzində hansı əmlaklara sahibləndiyi yer alıb.

Markaryan Respublika Partiyasının hakimiyyətdə olan yeganə təmsilçisidir. Ermənistanın baş naziri Nikol Paşinyan Markaryanın istefaya göndərilməsi üçün ona qarşı təzyiqləri artırıb.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button