Dünya
Serj Sarkisyanın qardaşı həbs olundu
Polis Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın qardaşını saxlayıb.
Aleksandr Sarkisyan iyunun 25-də Yerevanda saxlanılıb.
“Polis tərəfindən xüsusi tədbirlər Sayat-Nova küçəsində aparılıb. Əlavə məlumat veriləcək”, – Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan deyib.
Dəqiqləşdirməyə görə, Aleksandr Sarkisyan polis şöbəsinə qanunsuz silah gəzdirməkdə şübhəli qismində gətirilib.