Dünya
Buş Barbara ilə nikahının 70 illiyini qeyd etdi
ABŞ-ın keçmiş prezidenti Corc Buş (ata) və onun həyat yoldaşı xanım Barbara evliliklərinin 70 illiyini qeyd ediblər.
Bu barədə \”Trend\” xarici KİV-lərə istinadən xəbər verir.
Cütlük 1941-ci ildə tanış olub və 1945-ci il yanvarın 6-da Nyu-Yorkda ailə qurub. Onların bu izdivacdan 6 övladı dünyaya gəlib.
Məlum olduğu kimi, cütlüyün övladlarından biri Corc Buş (oğul) ABŞ-ın keçmiş prezidenti, digər bir övladları Ceb Buş isə Florida ştatının qubernatoru olub.