Dünya
Baş nazir müavini: Türkiyədə pedofilləri axtalayacaqlar
Türkiyədə pedofillərin kastrasiyası (axtalanması) tətbiq olunacaq. Trend-in məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.
B.Bozdağ əlavə edib ki, bu məsələ əvvəl də gündəmdə olub və parlamentdə müzakirə olunub: \”Təəssüf ki, bu məsələ Türkiyədə növbədənkənar seçkilər səbəbindən təxirə salınmışdı\”.
Qeyd edək ki, pedofillərin kastrasiyası məsələsi Türkiyə parlamentində aprelin 9-da müzakirə olunub.
Bu qanun qəbul olunacağı təqdirdə Türkiyədə pedofilləri həm də 20 ildən 40 ilədək həbs cəzası gözləyəcək.