Dünya

Papa İŞİD liderləri ilə görüşmək istəyir

Papa İŞİD liderləri ilə görüşmək istəyirRoma Papası Fransisk bəyan edib ki, dinc təşəbbüslər üçün \”qapılar həmişə açıqdır”. Lakin o, eyni zamanda \”İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqları ilə danışıqların aparılmasının çətin olduğunu etiraf edib. Bu barədə azvision.az \”The Telegraph”-a istinadən xəbər verir. Əgər bu Suriya və İraqda sülhün bərqərar olmasına yardım edəcəksə, Roma Papası İŞİD yaraqlıları ilə danışıqlara hazırdır.
\”Mən heç vaxt hər şeyin itirildiyini demirəm. Heç vaxt. Ola bilər ki, dialoq mümkünsüzdür, lakin qapıları heç vaxt bağlamaq olmaz”, – deyə Papa jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə \”İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda \”İslam Dövləti\” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində \”İslam Xilafəti\” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button