Dünya

Ermənistanın sonuncu yolu da bağlandı – tam blokada

Ermənistanın sonuncu yolu da bağlandı - tam blokadaGürcüstandakı hava şəraiti üzündən Cənubi Qafqazı Rusiya ilə birləşdirən Hərbi Gürcüstan yolunda hərəkət dayanıb.

ANS PRESS-in məlumatına görə, beləliklə, Ermənistanı strateji tərəfdaşı Rusiya ilə bağlayan bütün quru yolllar bağlanıb. Tam mühasirə şəraitində çabalayan İrəvan Rusiya ilə yalnız hava yolu ilə əlaqə saxlayır.

Yolu Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) bağlayıb. Nazirlik bildirib ki, Şimali Osetiyadan Gürcüstana gedən bütün dolaylar bağlanıb. Həmçinin Transkam, “Verxniy Lars” və “Nijniy Zaramaq” sərhəd buraxılış məntəqələri öz işini dayandırıb.

Transkam üzrə hərəkət artıq üç sutkadır ki, dayanıb. Həmçinin Şimali Osetiyanın Alagir rayounda yerləşən “Tsey” dağ-xizək kurortuna yollar bağlanır.

Qeyd edək ki, Şimali Osetiyada qış aylarında yollar tez-tez bağlanır. Rusiyanın məşhur relissoru və aktyoru, populyar “Brat” və “Brat 2” filmlərinin müəlifi Sergey Bodrov da 2002-ci ildə Şimali Osetiyanın Karmadon rayonunda yolların bağlanması üzündən itkin düşmüşdü. Onların sürüşmüş buzların altında qaldığı ehtimal edilir. Bodrovun meyiti hələ də tapılmayıb

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button