Dünya

İrəvanda hakimiyyət dəyişikliyi istəyən 4 nəfərin maşını yandırıldı

İrəvanda hakimiyyət dəyişikliyi istəyən 4 nəfərin maşını yandırıldı
Son 24 saat ərzində Ermənistan paytaxtında müxalif “Predparlament” təşkilatının 4 nümayəndəsinin maşını yandırılıb.

\”Trend2 xəbər verir ki, bu barədə bu ölkənin “Arminfo” saytı məlumat yayıb.

Şagen Petrosyanın, Vardan Akopyanın, Varujana Avetisyanın, Susanna Melkonyanın avtomobilləri yandırılıb. Təşkilatın digər üzvü Karo Eqnukyanın maşınının yandırılmasına cəhd olunsa da, bunun qarşısı alınıb.

Qeyd edək ki, təşkilatın məhz bu nümayəndələri öz maşınları ilə “100 illiyə rejimsiz” avtomobil yarışında iştirak ediblər. Yarışın keçirilməsində məqsəd qondarma erməni soyqırımının 100 illiyinə qədər Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməkdir.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button