Hamının gözü qarşısında gənc qızı zorladı
İngiltərədə ötən il cinsi təcavüzə görə saxlanan şəxs haqqında həbs müddəti müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, İngiltərənin Harrov şəhərində yaşanan hadisədə Daniel Patel adlı şəxs 17 yaşlı qıza cinsi təcavüz etdiyi üçün saxlanılmışdı.
Hadisə ötən ilin iyun ayında baş vermişdi. Yolda tək gəzən gənc qız zibil konteynerlərinin arxasında duran çılpaq bir kişini görür və yolunu dəyişir. Lakin onun bu cəhdi uğursuz olur. Belə ki, çılpaq Daniyel qızın arxasında düşərək onu qovmağa başlayır və nəhayət, yerə yıxıb qızı zorlayır.
Bunu görən ətrafdakı adamlar hadisənin qarşısını almaq üçün Daniyeli döyərək polisə təslim ediblər. Hadisədən sonra qızın isə psixologiyasının pozulduğu bildirilir.
Polis tərəfindən izahatı alınan Daniyel etdiyi suçu boynuna alıb.
Bütün araşdırmalardan sonra 2 avtomobil qaçırtma və cinsi təcavüz suçları ilə təqsirləndirilən Patel 5 il həbs cəzasına məhkum edilib.