Obamanın qızının adı daha bir qalmaqalda
ABŞ-da prezidentin qızları ilə bağlı daha bir qalmaqal yaranıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə qalmaqala səbəb Pro Ero rep-qrupunun instagram səhifəsində Obamanın 16 yaşlı böyük qızının –Malinin fotosunu paylaşması olub.
Fotoda prezident qızı qrupun loqotipi əks olunan köynəkdə poza verib. Qrupun lideri isə bildirib ki, fotonu onlara ortaq dostları təqdim edib. Artıq Ağ Ev məsələ ilə bağlı araşdırmaya başlayıb.
Xatırladaq ki, hələ dekabr ayında respublikaçı konqresmen Stiven Finçerin mətbuat katibi Obamanın qızlarını statuslarına hörmət etməməkdə ittiham etmişdi. O hesab edirdi ki, Saşa və Mali teleefirdə özlərini düzgün aparmırlar və prezident qızları kimi geyinmirlər. Məhz bu çıxışına görə, Elizabet Lauten işindən qovulmuşdu.