Dünya

Ərdoğanın otağından tapılan dinləmə qurğularının sirri açılır

Ərdoğanın otağından tapılan dinləmə qurğularının sirri açılırTürkiyədə dinləmə hadisələrilə bağlı ittiham olunan yeddi nəfərin xarici ölkələrə səfərləri araşdırılır.

Avropa.info xəbər verir ki, yeddi nəfər haqqında aparılan araşdırmalar çərçivəsində onların xarici dövlətlərin təhlükəsizlik orqanları ilə əlaqələrinin olub-olmadığı haqqında məlumat toplanılır.

Bunun üçün həmin şəxslərin məzuniyyət zamanı hansı xarici ölkədə olduqları və kimlərlə görüşdükləri haqda geniş araşdırma aparılır.

Prokurorluq 2011-ci ilin yanvar ayı ilə 2014-cü ilin yanvar ayı arasında həmin şəxslərdən Əli Özdoğanın ezamiyyətlər də daxil olmaqla 11 dəfə ölkə xaricinə çıxdığını müəyyənləşdirib ki, bu səfərlərdən də 9-u ABŞ-a olmuşdur.

Həmin zaman periodunda Sədat Zavar 6 dəfə xaricə uçub ki, həmin səfərlərdən də üçü ABŞ-a olub.

Türkiyədə mühüm dövlət qurumlarına dinləmə cihazı yerləşdirməkdə ittiham olunan yeddi nəfərdən beşi axtarışdadır. Axtarışda olan polis əməkdaşları Əli Özdoğan, Sərhat Dəmir, Sədat Zavar, Ənəs Çiyçi və İlkər Ustanın xaricə qaçdığı ehtimal olunur.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button