Dünya

“Əl-Qaidə” Fransanı təhdid etdi: “Ey fransızlar…”

“Əl-Qaidə” Fransanı təhdid etdi: “Ey fransızlar...”“Əl-Qaidə”nin Yəmən qolu internetdə yerləşdirilən audioyazı ilə Fransanı təhdid edib.

Publika.az-ın verdiyi xəbərə görə, Ərəbistan yarımadasının “Əl-Qaidə”si hesab olunan AQAP-ın rəhbəri Haris Nezari Allah və müsəlmanlara qarşı döyüşün davam etdiyi müddətdə Fransanın təhlükəsiz olmayacağını bildirib.

Təşkilat rəhbəri “Ey fransızlar, əvvəlcə müsəlmanlara qarşı hücumlarınızı dayandırın” çağırış edib.

Qeyd edək ki, təşkilat Parisdəki terror aktının məsuliyyətini öz üzərinə götürüb. Bundan başqa, iddiaya görə, terror aktını törətməkdə şübhəli sayılan Şərif Kuaşi öldürülməzdən əvvəl BFM TV kanalının müxbiri ilə danışaraq “Məni “Əl-Qaidə”nin Yəmən qolu göndərdi. Yəmənə getdim. Məni maliyyələşdirən Ənvər əl-Evlaki idi\” deyib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button