Dünya

Əl Qaidə İŞİD-lə qırğına çıxdı

Əl Qaidə İŞİD-lə qırğına çıxdı
Əfqanıstanın cənubunda taliblərlə İŞİD terrorçuları arasında silahlı insident baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə “Anadolu” agentliyinin yerli bürosuna Helmand valiliyinin sözçüsü Ömər Zvak xəbər verib.

İddianın hər tərəfli araşdırıldığını deyən Zvak insident nəticəsində 50 talibin öldüyünü, 20 nəfərin isə yaralandığını bildirib.

Zvakın sözlərinə görə, taliblərlə vuruşanların İŞİD terrorçuları olduqları dəqiq bilinməsə də şahidlər onların üzləri bağlı qara bayraqlı şəxslər olduqlarını qeyd ediblər.

Taliban qruplaşmasının sözçüsü Zəbiullah Mücahid isə bu iddiaları təkzib edib. Sözçü, Əfqanıstanda heç bir problem olmadığını, bunun düşmən tərəfinin təxribatları olduğunu iddia edib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button