Dünya
Parisə yürüşə gələn baş nazir yıxıldı – FOTO
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, hadisə baş nazirin Fransa prezidentinin Yelisey iqamətgahından çıxdığı zaman baş verib. Ayağı burxulan Torninq-Şmitt jurnalistlərin onu gözlədiyi sarayın önündə yıxılıb.
Maraqlısı budur ki, bu, Yelisey sarayı qarşısında baş nazirin başına gələn ilk hadisə deyilmiş:
“Bu, artıq ikinci belə hadisədir. Bir dəfə mən bu pilləkanlarda öz ayaqqabımı itirmişdim. Qəribədir… Narahat olmayın, hər şey qaydasındadır”, – deyə baş nazir jurnalistlərə bildirib.
Yıxılan zaman onun yanında ölkənin müdafiə naziri Nikolai Vammen və ədliyyə naziri Mette Frederiksen olub. Onlar Torninq-Şmittə qalxmaqda kömək ediblər.