Dünya

Ukrayna üzrə zirvə toplantısı təxirə salındı

Ukrayna üzrə zirvə toplantısı təxirə salındı

Yanvarın 15-də Astanada keçirilməsi nəzərdə tutulan Ukrayna üzrə dövlət başçıları səviyyəsində “normand formatlı” görüş təxirə salınıb.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə Avropa parlamentinin xarici işlər üzrə Komitəsinin sədri Elmar Bruk bildirib. “Bu həftəyə planlaşdırılan görüş baş tutmayacaq”, -deyə E.Brok bildirib. Onun sözlərinə görə, Milanda olduğu kimi, dövlət başçıları mütəmadi bir araya gəldiklərinə baxmayaraq nəticə əldə edilmir. E.Brok qeyd edib ki, ilk növbədə, Ukrayna-Rusiya sərhədini möhkəmləndirmək zəruridir: “ Məhz bundan sonra məhsuldar danışıqlar mümkündür”. Qeyd edək ki, “Normand dördlüyü”nün (Ukrayna,Rusiya, Fransa,Almaniya) xarici işlər nazirləri yanvarın 12-də Berlində görüşüblər. Görüşdən sonra tərəflər hər hansı açıqlama verməyiblər.(APA)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button