Dünya

Avtobus partladı: 10 ölü (FOTO)

Avtobus partladı: 10 ölü (FOTO)
Ukraynanın Donetsk vilayətində sərnişin avtobusu partladılıb.

ANS PRESS-in məlumatına görə, Ukrayna mətbuatı yazır ki, separatçılar tərəfindən atılan mərmi nəticəsində 10 dinc sakin ölüb. Daha 13 nəfər ağır vəziyətdə xəstəxanaya çatdırılıb.

Rusiya meyilli separatçıların hökumət qoşunlarının blokpostuna hədəf aldığı mərminin yaxınlıqda olan avtobusa dəyib. Hadisə barədə Donetsk vilayət dövlət inzibati idarəsinin mətbuat xidmətinin rəhbəri Yelena Malyutina açıqlama verib.

\”On insan həlak olub, daha on üç nəfər isə yaralanıb. Hadisə sərnişin dolu avtobus blokpostu keçərkən baş verib\”.

Hazırda hadisə yerində əməliyyat qrupu təhqiqat aparır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button