Dünya

Hollandiyalı mer müsəlmaları təhqir etdi: \”Rədd olun…\”

Hollandiyalı mer müsəlmaları təhqir etdi: "Rədd olun..."Hollandiyanın Rotterdam şəhərinin meri müsəlmanları təhqir edən açıqlama verib.

ANS PRESS-in məlumatına görə, mer Əhməd Abutaleb canlı yayımda \”Charlie Hebdo\” fransız satirik jurnalının redaksiyasına edilən terror aktını şərh edərkən müsəlmanları təhqir edib.

Mer müsəlmanlara xitabən deyib ki, əgər qərb azadlıqları onların xoşuna gəlmirsə çamadanları yığıb rədd olsunlar.

\”Əgər azadlıq sizin xoşunuza gəlmirsə, bütün müqəddəslər naminə çamadanlarınızı yığın və rədd olub gedin. Əgər bu qəzeti nəşr edən yumoristlərlə bağlıdırsa və bu sizin xoşunuza gəlmirsə, sadəcə bir söz deyə bilərəm: \”rədd olun!\”

Hollandiyaya 15 yaşında köçmüş 52 yaşlı sabiq-jurnalist ölkənin liberal həyat tərzini qəbul etməkdən imtina edən immiqrantlara qarşı öz sərt mövqeyi ilə məşhurdur. Qeyd edək ki, Abutaleb Mərakeşdə doğulub və müsəlmandır.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button