Dünya

Gözəllik tacı ölüm gətirdi (FOTO)

Gözəllik tacı ölüm gətirdi (FOTO)
Ekvadorlu gözəllik kraliçası gözəllik qurbanı oldu. ANS PRESS-in məlumatına görə, lipasaksiya əməliyyatı etdirmək istəyən qız əməliyyat masasında qalıb.

Tibb fakültəsi tələbəsi olan 19 yaşlı Katerin Kanto liposaksiya əməliyyatını qatıldığı müsabiqədə mükafat kimi qazanıb.

Müsabiqə oktyabr ayında baş tutub. Burada bir sıra əməliyyatlar ilə yanaşı avtomobil və planşet hədiyyə verilib.

İddialara görə, gənc qız əməliyyat olmaq istəməyib, amma həkimin israrlarından sonra bıçaq altına yatmağı qəbul edib.

Kantonun 24 yaşlı qardaşının sözlərinə görə, həkim hər gün ona zəng edərək əməliyyatda israr edib. Bacısı isə hər dəfə yox deyib. \”Lakin sonra həkimdən canını qurtarmaq üçün razılıq verdi\”.

Polis həkimin ölkədən qaçacağından ehtiyat etdiyi üçün onu həbs edib. Qızın dəqiq ölüm səbəbi isə tibbi ekspertizadan sora bəlli olacaq. Gözəllik tacı ölüm gətirdi (FOTO)

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button