Dünya

Əl-Qaidə Paris terrorunun məsuliyyətini üzərinə götürdü

Əl-Qaidə Paris terrorunun məsuliyyətini üzərinə götürdüƏl-Qaidənin Yəməndə mənzillənən yerli qrupu adından yayımlanan videoda təşkilat Fransadakı satirik jurnalına hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Məhəmməd Peyğəmbərin təhqirinə görə hücum barədə əmri Əl-Qaidənin ali rəhbəri Ayman Zəvahiri verib, \”Əl-Qaidə Ərəbistan yarımadasında\” təşkilatının nümayəndəsi bildirir.

Bundan əvvəl peyda olan daha bir videoda Charlie Hebdo jurnalına hücum edən qardaşlardan biri – Cherif Kouachi \”Əl-Qaidə Ərəbistan yarımadasında\” təşkilatı adından hərəkət etdiyini deyib.

Hərçənd ki, təşkilatın özü belə bir təsdiqlə ilk dəfə çıxış edib.

Yanvarın 7-də Said və Cherif Kouachi qardaşlarının Parisdəki Charlie Hebdo satirik jurnalının redaksiyasına basqını nəticəsində 11 adam qətlə yetirilib. Daha bir nəfər – polis əməkdaşı – küçədə güllələnərək öldürülüb.

Hadisə yerini tərk edən basqınçılar polis tərəfindən öldürülüb

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button