Dünya

Əl-Bağdadini köməkçisi ələ verib

Əl-Bağdadini köməkçisi ələ verib
İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin öldürülməsinin yeni təfərrüatı məlum olub.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatlarda bildirilir ki, Bağdadini onun köməkçilərindən biri ələ verib. İsmael əl-Etavi 2008-ci ildə amerikalılar tərəfindən tutulub və dörd il həbsxanada yatıb. Əl-Bağdadinin dəqiq yerinin məlum edilməsi ABŞ, Türkiyə və İraq kəşfiyyatçılarının birgə əməliyyatı zamanı üzə çıxıb. Onlar bir neçə terrorçunu saxlayaraq, Suriyada əl-Bağdadinin yerini müəyyən ediblər.

Daha sonra məlum olub ki, İŞİD rəhbəri İdlibin rayonlarından birində ailəsi ilə birlikdə gizlənir. İdlibdəki bazarlardan birində İraq xüsusi xidmət orqanları İsmael əl-Etavini izləyiblər. Əl-Etavi dronlar və peyk vasitəsilə izlənib və Türkiyə kəşfiyyatçıları tərəfindən tutularaq İraq tərəfinə verilib. Bundan sonra o, İŞİD rəhbərinin yerini açıqlayıb.

Əl-Bağdadinin öldürülməsini dünən ABŞ Prezidenti Donald Tramp təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi isə ABŞ tərəfinin İŞİD rəhbərinin öldürülməsi ilə bağlı sübutunun olmadığını açıqlayıb.

ABŞ tərəfi aparılan əməliyyat zamanı əl-Bağdadinin özünü iki arvadı və üç uşağı ilə birlikdə partlatdığını bildirib. Yayılan informasiyalardan birində əl-Bağdadinin qalıqlarının dənizə atıldığı qeyd edilib.

Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl də Usama Bin Ladenin qalıqlarını dənizə atmışdı.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button