Dünya

DTK-nın Putinə verdiyi xarakteristika açıqlanıb

DTK-nın Putinə verdiyi xarakteristika açıqlanıbSankt-Peterburq Mərkəzi Dövlət Arxivində keçirilən sərgidə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Rusiya Prezidenti Vladimir Putin üçün verdiyi məxfi tövsiyə-xarakteristika nümayiş olunur.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, sənəddə V. Putinin 1975-ci ildən “DTK-nın komsomol təşkilat”ında qeydiyyatda olduğu göstərilib.

Təşkilati və idman işlərindən məsul olan V. Putin çalışqan, intizamlı və vicdanlı əməkdaş kimi xarakterizə olunub.

Xarakteristika da o da bildirilib ki, V. Putin müntəzəm olaraq idmanla məşğul olub: “Yoldaş Vladimir Putin daim özünün ideoloji-siyasi səviyyəsini artırmaqla məşğuldur. Partiya təhsili şəbəkəsində aktiv şəkildə fəaliyyət göstərir. Daim özünün peşəkar ustalığını nümayiş etdirir”.

Xarakteristikada qeyd olunub ki, V. Putin müntəzəm olaraq idmanla məşğul olub.

Sənəddə o da göstərilib ki, V. Putin artıq 23 yaşında sambo və cüdo üzrə SSRİ idman ustası adını qazanıb, 1976-cı ildə isə Leninqrad çempionatının qalibi olub. Bundan başqa o, iş yoldaşlarının rəğbətini qazanmış əxlaqlı bir gənc kimi tanınıb.

Sərgi dekabrın 20-dək davam edəcək.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button