Dünya

Türkiyə 18 suriyalı hərbçini Rusiyaya təhvil verib

Türkiyə 18 suriyalı hərbçini Rusiyaya təhvil verib
Türkiyə 18 suriyalı hərbi əsiri Rusiyaya təhvil verib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat yayılıb.

Bildirilir ki, Prezident Bəşər Əsəd rejiminin 29 oktyabrda Ras əl-Ayn şəhəri yaxınlığında tutulan 18 ünsürü Rusiya Federasiyası hökuməti ilə danışıqlardan sonra onlara təhvil verilib.

Xatırladaq ki, Suriya ordusu və Rusiya hərbi polisi Türkiyə ilə razılaşma çərçivəsində Suriyanın şimalına daxil olub. Oktyabrın 22-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan “Sülh mənbəyi” hərbi əməliyyatının dayandırılması barədə razılığa gəliblər. Ruslar bölgəni idarə edən kürdlərə sərhəddən 32 kilometrə qədər qüvvə çıxarmağa kömək etməlidirlər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button