Dünya

Zelenskinin ofisində dava: PA rəhbərinin dişini sındırdılar

Zelenskinin ofisində dava: PA rəhbərinin dişini sındırdılarUkraynanın Təhlükəsizlik Xidmətinin sədri İvan Bakanov Prezident Administrasiyasının rəhbəri Andrey Boqdanovla dalaşıb. Dava zamanı Administrasiya rəhbərinin dişi sınıb.

Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda Facebook-da ukraynalı jurnalist Stanislav Reçinski yazıb. İnformasiyanı LB.ua internet nəşrinin şef-redaktoru Sonya Koşkina təsdiqləyib.

Onun sözlərinə görə, Bakanov və Boqdan oktyabrın 30-da dalaşıblar, hadisə Kiyevin mərkəzi Bankovo küçəsində, ehtimalən prezident Vladimir Zelenskinin ofisində baş verib. Davadan sonra Zelenskinin administrasiyasının rəhbəri dişini itirib və hələ də işə çıxmır.

Münaqişənin səbəbi isə Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin rəisinin təyinatı ilə bağlı olub. Bakanov həmin vəzifəyə general-mayor Vasili Vovkanın namizədliyini təklif edib, amma Boqdan buna qarşı çıxıb və Təhlükəsizlik Xidmətinin polkovniki Dmitri Neskromnının namizədliyində israr edib. Jurnalistin bildirdiyinə görə, habelə Zelenski Bakanova onun iki müavininin-Neskromnının və Vladislav Buxarevin işdən azad edilməsi barədə təqdimat verib. Bu da narazılığa səbəb olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button