Dünya

Tramp Ərdoğana sövdələşmə təklif etdi

Tramp Ərdoğana sövdələşmə təklif etdi
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sövdələşməsi təklif edib. Əvəzində isə Vaşinqton Rusiyaya məxsus \”S-400\” hava hücumundan müdafiə sistemlərini aldığına görə Ankaraya sanksiya tətbiqini aradan qaldıracağını vəd edir.

Virtualaz.org bildirir ki, bu barədə \”Washington Post\” məlumat yayıb.

Məlumata görə, Amerika liderinin iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa yönəlmiş bənzər təkliflərindən ibarət məktubu ötən həftə Ərdoğana göndərilib.

“Yəqin ki, Trampın təklifləri ABŞ Nümayəndələr Palatasında keçən ay Suriyadakı hərbi əməliyyatlarla bağlı Türkiyəyə qarşı sanksiya tətbiq edilməsini dəstəkləyən bəzi konqresmenləri qəzəbləndirəcək”, -deyə nəşr yazıb.

Qeyd edək ki, hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da səfərdədir.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button