Putin Sərkisyana vəd verdi: \”Cəzalanacaqlar…\”
Bu gün Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Serj Sərkisyan arasında telefon danışığı olub. Tərəflər Gümrü faciəsi ətrafında yaranan vəziyyəti müzakirə ediblər.
Virtualaz.org saytının Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin söhbətinin təfərrüatları barədə danışarkən bildirib ki, Putin Sərkisyana Gümrü faciəsinin istintaqının mümkün qədər tez yekunlaşacağını və günahkarların sərt cəzalandırılacağını vəd edib.
Qeyd edək ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan-Rusiya sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.