Dünya
Bəşər Əsəd Suriyada döyüşən ABŞ muzdlularından danışdı
Suriyada yüzlərlə yox, bir neçə min Amerika hərbçisi, o cümlədən bir neçə özəl hərbi şirkətin əməkdaşları var.
Bunu Suriya Prezidenti Bəşər Əsəd Çinin “Phoeniks” televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, amerikalılar savaşlarda daha çox özəl hərbi şirkət əməkdaşlarından istifadə edirlər: “Onların minlərlə, bəlkə də on minlərlə nümayəndəsi bu şirkətlərdə çalışır və Suriya daxilindəki döyüşlərdə iştirak edirlər. Ona görə də əsl rəqəmi öyrənmək çətindir”.