Qırğızıstan-Tacikistan sərhədində növbəti insident
Tacikistan-Qırğızıstan sərhədində 200 nəfərin iştirakı ilə münaqişə baş verib.
Sərhəd bölgələrinin sakinləri bir-birilərinə daş atıblar.
\”Bu gün səhər saat 09.30-da Kok-Taş kəndində Qırğızıstan və Tacikistan vətəndaşları arasında şiddətli qarşıdurma yaşanıb. Təxminən 80 Qırğızıstan vətəndaşı və 100-dən çox Tacikistan vətəndaşı bir-birilərinə daş atmağa başlayıblar”, – deyə Qırğızıstanın Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.
Hadisə yerinə dərhal sərhəd xidmətlərinin nümayəndələri, regional idarələrin rəhbərləri və hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onlar insanları sakitləşdirə biliblər. Münaqişə nəticəsində Qırğız polisinin bir əməkdaşı xəsarət alıb. İnsidentə səbəb kimi qırğız vətəndaşının taciklər tərəfindən döyülməsi göstərilib.
Qırğızıstan-Tacikistan sərhəddində vaxtaşırı yerli əhali arasında münaqişə baş verir. Qarşıdurma əsasən dövlətlər arasındakı sərhədin müəyyən edilməmiş hissəsində olur.
Xatırladaq ki, sərhəddə silah tətbiq edilməklə son hadisə sentyabrın ortasında təsvir edilməyən sahədə tikinti işlərinə görə olmuşdu. O vaxt Qırğız sərhədçisi həlak olmuş, hər iki tərəfdən 10-dan çox insan yaralanmışdı.