Dünya

ŞOK: Bu ölkədə Quranı yenidən yazacaqlar

ŞOK: Bu ölkədə Quranı yenidən yazacaqlarÇin daha bir qalmaqallı qərarla gündəmə gəlib.

“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Şi Cinping rəhbərliyi Quran, İncil və Buddist Sutrasının Maoist Çin Kommunist Partiyasının ideologiyasına görə yenidən yazılmasına qərar verib.

Bir müddət əvvəl Çin Kommunist Partiyasının daimi üzvü və Baş nazirin müavini Vang Yanqın rəhbərliyi ilə ölkənin dini qruplarının nümayəndələrinin dəvət edildiyi bir simpoziumda çıxış edərək ölkədəki dinlərin Çin mədəniyyətinə və Kommunist Partiyasının doktrinalarına uyğun olaraq şərh edilməli olduğunu bildirib.

Bildirilir ki, Çin Kommunist Partiyası xarici ölkələrin təsirindən asılı olmayaraq, Maoist ideologiyasına bağlı olan bir həyat modelini yaratmağı hədəfləyir. Bunun üçün isə onlar xarici ölkələrin \”müdaxilə səbəbi\” olaraq gördükləri dinləri Çinə uyğunlaşdırmaq istəyirlər.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button