Dünya

Bəşər Əsəd Trampı məhkəməyə verdi

Bəşər Əsəd Trampı məhkəməyə verdiSuriya lideri Bəşər Əsədin sözçüsü Butani Şaban Beyrutda yerləşən “Al-Mayadeen” televiziyasına müsahibə verib.

Şaban bildirib ki, “Suriya ABŞ-ın onların neftini oğurladığına görə iddia qaldırmaq” barədə fikirləşir.

ABŞ Prezidenti Donald Trampın ABŞ hərbçilərini Suriyadan çıxartmasından sonra “Twitter”-də yazdığı “ABŞ nefti mühafizəyə götürdü” açıqlaması o vaxt gündəm olmuşdu. Suriya məhz bu məsələ ilə bağlı sərt açıqlama verib.

“Sözcü” bildirir ki, Şaban “nefti mühafizəyə götürdük” açıqlamasının hansı mənanı ifadə etdiyini aşıqlamayan ABŞ Prezidenti və ABŞ dövlətinin əleyhinə iddia qaldıracaqlarını bildirib.

Şaban əlavə edib ki, Suriya hazırda beynəlxalq institutları nəzərdən keçirərək, ABŞ əleyhinə iddia qaldırmağın üsullarını axtarır, səbəb isə “onların Suriya neftini oğurlamasıdır”.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button