Dünya

ŞOK İDDİA: “II Yelizaveta Hz. Muhammədin nəslindəndir” – VİDEO

ŞOK İDDİA: “II Yelizaveta Hz. Muhammədin nəslindəndir” - VİDEO
Misirin sabiq müftisi Əli Cümə kraliça II Yelizavetanın İslam peyğəmbəri həzrəti Muhammədin (S) soyundan olduğunu iddia edib.

ANS PRESS-in məlumatına görə, müftinin bu iddiası ərəb mətbuatında geniş müzakirələrə səbəb olub. Müfti Cümə iddialarını yerli “Mubaşir” telekanalına verdiyi müsahibədə səsləndirib.

Keçmişdə Avropada yaşayan müsəlmanların ağır təzyiqlərə məruz qaldığı xatırladan müfti iddia edib ki, onlardan bəziləri dinlərini dəyişdirməyə məcbur olurdular.

“O vaxtlar Avropada olan müsəlmanlıar dinlərini yaşamaqda böyük çətinliklər çəkirdilər. Bəziləri təzyiqlərə dözə bilməyib dinlərini dəyişirdilər. Bir tarixdə Haşimi soyundan olan bir nəfər ələ keçirildi. Məruz qaldığı təzyiqlərdən sonra həmin şəxs kraliçanın babası olduğunu qəbul etdi. Bəs kraliça niyə müsəlman olmadı? Çünki babası da İspaniyadakı müsəlmanlar kimi təzyiq və sıxıntılardan sonra İslamdan uzaqlaşmağa məcbur oldu”.

Daha əvvəl ölkədə hakimiyyəti hərbi çevriliş yoluyla ələ keçirən general Əbdülfəttah əs Sisiyə dəstəyini nümayiş etdirən sabiq müftinin iddiaları birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müsəlmanlar Əli Cümənin bu iddialarını etirazla qarşılayıb. Bəzi din alimləri isə bu fikirləri axmaqlıq adlandırıblar.
https://www.youtube.com/watch?v=RQx6NwW5qQQ

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button