Paşinyan mətbuat katibini vəzifədən azad etdi
Ermənistan baş naziri Nikol Paşinyan mətbuat katibi Vladimir Karapetyanı vəzifəsindən azad edərək sərəncam imzalayıb.
Bu barədə Ermənistan Nazirlər Kabineti rəhbərinin mətbuat xidməti məlumat yayıb.
\”Dövlət qulluğu haqqında\” qanunu rəhbər tutaraq Vladimir Karapetyanı baş nazirin mətbuat katibi vəzifəsindən azad edin\”, – deyə Ermənistan baş nazirinin fərmanında qeyd olunub.
Vladimir Karapetyan 29 yanvar 2019-cu ildə Paşinyanın mətbuat katibi təyin edilib. 2006-2008-ci illərdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib və müxalifətin o vaxtkı rəhbəri Levon Ter-Petrosyanın dəstəyi ilə bir bəyanat imzaladıqdan sonra bu vəzifədən uzaqlaşdırılıb. Bundan sonra isə Karapetyan fəal siyasətdə iştirak edib və Ermənistan Milli Konqres partiyasının xarici əlaqələr xidmətlərinə rəhbərlik edib.