Dünya

5 yaşlı uşaq 9 aylıq qardaşını güllələyib

5 yaşlı uşaq 9 aylıq qardaşını güllələyib
ABŞ-ın Missuri ştatında 5 yaşlı uşaq təsadüfən tapança ilə 9 aylıq qardaşını güllələyib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, faciə bazar ertəsi Kanzas Siti şəhərində baş verib.

Yerli mətbuatın məlumatına görə, mənzildə tapança aşkarlayan uşaq silahı kiçik qardaşına tuşlayıb və təsadüfən atəş açıb. Körpə aldığı ağır yaradan hadisə yerində ölüb. Polis baş vermiş insidentin bədbəxt hadisə olduğunu bildirib. Hadisə ilə əlaqədar araşdırma aparılır.

Xatırladaq ki, dekabrın sonlarında ABŞ-ın Aydaho ştatında fəaliyyət göstərən Walmart super marketində 2 yaşlı oğlan uşağı təsadüfən anasına atəş açaraq qətlə yetirib.

29 yaşlı qadın aldığı ağır güllə yarasından hadisə yerində keçinib.

Məlumata görə, qadın 4 övladı ilə birlikdə dükanda alış-veriş edərkən, 2 yaşlı oğlu onun əl çantasından xəlvətcə tapançanı çıxarıb və təsadüfən anasına atəş açıb.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button