Dünya
Ərdoğanla Putin Berlində görüşdülər

Berlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
“Savaş” bildirir ki, görüşdə hər iki ölkənin nümayəndə heyətləri də iştirak ediblər.
Rusiya tərəfdən görüşə Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov, Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, eləcə də Müdafiə nazirinin müavini Aleksandr Fomin qatılıblar.
Qeyd edək ki, bu gün Berlində Liviya ilə bağlı konfrans keçiriləcək.