Dünya
Ermənilər 7 nəfəri öldürən rus əsgərini döydü
Gümrüdə 7 nəfərdən ibarət Avetisyan ailəsini qətlə yetirən Valeri Permyakov saxlandıqdan sonra ermənilər tərəfindən döyülüb.
Bu barədə azvision.az Ermənistanın “Joxovuyrd” qəzetinə istinadən xəbər verir.
Qəzetin əldə etdiyi məlumata görə, Permyakov döyülüb və səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılaraq müxtəlif testlərdən keçirilib. Daha sonra rus əsgəri Gümrüdə yerləşən 102 saylı hərbi bazaya aparılıb.
Hospitalda ruslarla yanaşı erməni həkimlərdə çalışır. Onların böyük əksəriyyəti Permyakovun səhhətində yaranan problemlərlə maraqlanmaqdan imtina ediblər.