Dünya
Milli Təhlükəsizlik Şurası sədrinin maşını atəşə tutuldu
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinovun içində olduğu avtomobil Donetsk hava limanı istiqamətində atəşə tutulub.
“Censor.net” saytının verdiyi məlumata görə, A. Turçinovu aparan “Kuguar” zirehli avtomobili aeroport ətrafındakı Opıtnoye kəndi ərazisində atəş altında qalıb. Nəticədə təkərlərdən biri zədələnib. Atəşin davam etməsinə baxmayaraq, təkər dərhal dəyişdirilib. A. Turçinov hər hansı yara almayıb.(APA)