Dünya
Keçmiş prezidentin keçmiş müavininə 5 il 91 gün iş kəsildi – (Foto)
İranın sabiq prezidenti Mahmud Əhmədinejadın birinci müavininə iş kəsilib.
ANS PRESS-in məlumatına görə, Məhəmməd Rza Rəhimi \”sui-istifadə\” günahı ilə ittiham olunurdu. Məhkəməyə çıxarılan Rəhimiyə 5 il 91 gün həbs cəzası verilib.
Tehran Cəza Məhkəməsi daha əvvəl Rəhimiyə 15 il həbs cəzası və 2 milyard 850 milyon İran tüməni (təxminən 826 min dollar) cəza kəsmişdi.
Rəhimi qərara etiraz etdikdən sonra iddiaya yenidən baxılıb. Məhkəmə Rəhimi haqqındakı həbs cəzasını 15 ildən 5 il 91 günə qədər endirib. Bu qərarla Rəhimiyə veriləcək cəza dəqiqləşmiş oldu.
Sabiq İran prezidenti Əhmədinejadın birinci müavini Rəhimi vəzifədə olduğu dövrdə bir sığorta şirkəti vasitəsi ilə korrupsiya əməli törətməkdə günahlandırılırdı.