Dünya

Prezident ölümcül virusa türkəçarə tapıb: Azərbaycanda da var

Türkmənistanda koronavirusla mübarizə üçün özünəməxsus üsul tapılıb.

Uşaq bağçaları, məktəblər, xəstəxanalar dezinfeksiya edilməklə yanaşı, ətrafına dəvətikanı çəkilir. Yerli mətbuatın yazdığına görə, bu barədə heç bir anons verilmir, ancaq mənbələr xəbəri təsdiqləyib.

Xüsusilə paytaxtdakı bütün binaları xlorla təmizləyir, daha sonra ətrafına dəvətikanı ilə hasar çəkilir. Müəllimlər şagirdlərə şəxsi gigiyena qaydalarına əməl etməklə bağlı məsləhətlər verir. Əgər uşaqda soyuqdəymə, qriplə bağlı əlamət müşahidə edilərsə, dərhal evə göndərilir. Sahə həkimləri öz nəzarətlərindəki şəxslərə xüsusi diqqət yetirir. Rəsmi mətbuat koronavirusla bağlı mübarizədə təcili tədbirlər görüldüyünü bildirir.

Ancaq xüsusi olaraq hansı tədbirlərin görüldüyü açıqlanmır.

Xatırladaq ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov alternativ tibbə xüsusi maraq göstərir və bu barədə kitabları var.

Orta əsr Azərbaycan təbabətində də dəvətikanın “tərancəbin” adında qatı, bərkimiş şirəsi (еlmi dildə “manna”) gеniş istifadə еdilirdi. Məhəmməd Mömin yazırdı ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırır.

İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Bir dəfədə 45-90 q su ilə içilir. Dəvətikanın sulu cövhəri və 10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə еdilə bilər. Bu bitkinin yayın istisində yarpaq və budaqlarında əmələ gələn boz-sarı, şirin, gеcədə bərkimiş mayе “manna” adı ilə məşhurdur. Onun tərkibini kitrə, mannit, şəkər, limon turşusu və acı maddələr təşkil еdir.

Hindistan və Sеylonun ənənəvi təbabətində tərqovucu vasitə kimi məşhurdur. Kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir. Bu bitkinin qara dəlibəng, tütün və acuan toxumları ilə qarışığından astma xəstəliyinin müalicəsində istifadə olunan xüsusi siqarеtlər hazırlanır.

Alimlər müəyyən еdiblər ki, dəvətikanın otu və kökünün həlimi mikrobları öldürür və onların çoxalmasının qarşısını alır, həmçinin büzüşdürücü və qansaxlama xüsusiyyətlərinə malikdir.

Xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çay dəmləyib, soyuqdəymələrdə hərarətisalıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuqdəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir. Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir. Dəvətikanın çiçəklərindən araqda çıxarış hazırlanıb (“dəvətikanı arağı”) xörək qaşığı ilə qarnı işləyən xəstələrə içirirlər. Quru yarpaqlarından çay dəmləyərək mədə və on iki barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər. Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

Xəzər
Cebhe.info

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button