Dünya

Obamanın bayram zarafatı qızlarını şoka saldı

Obamanın bayram zarafatı qızlarını şoka saldıSosial şəbəkədə Ağ Evdə şükran günü münasibəti ilə təşkil olunan təntənəli mərasimdə iştirak edən ABŞ prezidentinin qızları 13 yaşlı Saşa və 16 yaşlı Malinın qəmgin şəkilləri yayılıb.

Mərasimdə Barak Obama ənənəvi nitqlə çıxış edib. Lakin bu çıxış onun qızlarına xoş gəlməyib. Bu haqda \”US Magazine\” xəbər yayıb.

Obamanın çıxışı yumoristik xarakter daşıyıb. Ənənəyə görə dövlət başçısı iki hind quşunu təntənəli surətdə əfv edib. Bu ildə rəsmən dövlət başçısı tərəfindən əfv edilmiş quşların adı Mak və Sır olub.

\”Allah və konstitusiya tərəfindən mənə verilmiş səlahiyyətlə mən bu iki hind quşunu xilas etmək istəyirəm. Razılaşın ki, əgər siz quşsunuzsa və sizi qarnir etmək istəyirlərsə, onda yaşamaq şanslarınız olduqca aşağıdır. Ona görə bu uşaqların inanılmaz dərəcədə bəxti gətirib. Çox güman ki, son anda bu quşların edamdan qurtulmağı ayın ən çox müzakirə edilən hadisəsi olacaq\”,- deyə Obama zarafat eləyib.

Dövlət başçısı danışan zaman qızları yanında olub. Onlar atanın sözlərinə təəccübünü gizlətməyə çox çalışdığı ehtimal olunsa da bu onlarda alınmayıb. Onların darıxan və narahat üzləri fotoqrafların diqqətlərindən yayınmayıb.

Yorğun Saşanın və Mali Obamanın portretləri internet-istifadəçilərin o qədər xoşuna gəlib ki, onların şəkillərini fotojabın əsas şəkli ediblər.

reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button