Dünya

Rus deputatlar Gümrüyə gəlir

Rus deputatlar Gümrüyə gəlir

Rusiya Dövlət Dumasının deputatlardan ibarət nümayəndə heyəti Ermənistana gedir.

ANS PRESS-in məlumatına görə, nümayəndə heyəti 7 nəfərdən ibarət erməni ailəsinin qətlə yetirildiyi Gümrü şəhərinə səfər edəcək.

Bu barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Slutskiy xəbər verib.

Qeyd edək ki, Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakov 7 nəfərdən ibarət erməni ailəsini qətlə yetirib. Bu qətl hadisəsi Ermənistanda kütləvi etiraz aksiyalarına səbəb olub.

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button