Kral vəhhabi adəti ilə dəfn olundu: adsız qəbir, qeyri-müsəlmalara qadağa…
Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud bu gün dəfn edilib.
Lent.az-ın məlumatına görə, kralın dəfnində bir çox ölkələrin liderləri, o cümlədən Türkiyə prezidenti Ərdoğan da iştirak edib. Dəfn mərasimi öz maraqlı xüsusiyyətləri ilə yadda qalıb. Belə ki, 90 yaşlı kralın dəfn mərasimində qeyri-müsəlmanların iştirakına icazə verilməyib. Bundan başqa, kral vəhhabi ənənəsinə uyğun şəkildə dəfn edilib.
Yayılan xəbərlərdə o da qeyd olunur ki, kralın məzarının üstünə adı yazılmayacaq.
Bu gün axşam namazından sonra kral ailəsinin üzvləri, vəhhabi imamlar, iş adamlarının iştirakı ilə məclis təşkil ediləcək. Həmin məclisdə Səudiyyə Ərəbistanının yeni kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səud krallığa sadiqlik andı içəcək.