Dünya

Türk pilot Almaniyanı qarışdırdı: havaya qırıcılar qalxdı

Türk pilot Almaniyanı qarışdırdı: havaya qırıcılar qalxdı
“Turkish Airlines” şirkətininin pilotu “Boeing 737” təyyarəsinin qəza enişi icazəsi almaq əvəzinə təsadüfən qaçırılması ilə bağlı siqnal düyməsini basıb. Məlumatı “Frans Press” yayıb.

Damdan oksigen maskalarının düşdüyünü görən Frankfurt-İstanbul təyyarəsinin sərnişinləri vahiməyə düşüblər. Pilot isə təsadüfən dispetçerə təyyarənin qaçırıldığı barədə məlumat ötürüb. Dispetçer təyyarənin heyəti ilə əlaqə yaratmağa çalışsa da buna nail ola bilməyib.

Havaya iki qırıcı qaldırılıb və qırıcılar sərnişin təyyarəsini Vyana hava limanına qədər müşayiət ediblər (musavat.com).

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button