Dünya

Fransalı girov sərbəst buraxıldı

Fransalı girov sərbəst buraxıldı
Mərkəzi Afrika Respublikasında bir müddət əvvəl silahlıların əlinə girov düşən Fransa vətəndaşı Klodiya Priest sərbəst buraxılıb. 67 yaşlı qadın həftənin əvvəlində paytaxt Banqidə itkin düşmüşdü.

O, Mərkəzi Afrika Respublikasında humitar yardım təşkilatında fəaliyyət göstərib.

Ölkənin xarici işlər naziri Loran Fabiüs Fransa vətəndaşının sərbəst buraxılması üçün göstərdiyi xidmətinə görə yerli hökumətə və Banqi şəhərinin baş keşişinə minnətdarlığını bildirib.

Qadının kimlər tərəfindən girov götürüldüyü və faktın təfərrüatlarına dair məlumat verilmir.

Mərkəzi Afrika Respublikasında dini zəmində baş qaldıran zorakılıqlar artıq 2 ildir ki, davam edir.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button