Dünya

Qırğına çıxan məşhurlar barışdı (VİDEO)

Qırğına çıxan məşhurlar barışdı (VİDEO)
Türkiyəli məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) ilə müğənni Candan Erçetinin münaqişəsi xoş sonluqla bitib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin özəl telekanallarından birində yayımlanan “Beyaz Show” proqramının bugünki efirində aparıcı Bəyazın ötən həftə Candan Erçetinə video-çarx hazırlaması yenə cavabsız qalmayıb.

Ötən dəfə hazırlanan qalmaqalın 5-ci videosunda müğənninin hazırlatdığı video-çarxda bir sıra sözlərdən təsirlənən məşhur şoumen qadın məşhurlara qarşı kişi məşhurları yığaraq cavab videosu hazırlamışdı.

Candan Erçetinin yeni cavab videosu isə çoxlarının gözlədiyi kimi sərt olmayıb, hətta müğənni şoumenə sürpriz edərək canlı verilişə də qatılıb. Beləliklə, tərəflər xoş sözlərlə aralarındakı soyuqluğu aradan qaldırıblar.

Xatırladaq ki, onların arasında münaqişəyə səbəb isə Bəyazın Candan Erçetini proqrama qonaq çağıraraq “Git” klipinin montaj versiyasını təqdim etməsi olmuş, bu isə müğənninin xoşuna gəlməmiş və şoumenə cavab videosu hazırlamışdı.

Qalmaqala səbəb olan ilk video-çarx:

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button