Dünya

Səudiyyə Ərəbistanının yeni kralı oğlunu müdafiə naziri təyin edib

Səudiyyə Ərəbistanının yeni kralı oğlunu müdafiə naziri təyin edib
Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Əbdül Əziz əl-Səud oğlu Məhəmməd bin Salmanı ölkənin müdafiə naziri təyin edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

34 yaşlı şahzadə Məhəmməd bin Salman həmçinin Kral Məhkəməsinin sədri və xüsusi müşavir postlarına da təyinat alıb.

Yeni kral Səudiyyə Ərəbistanının daxili işlər naziri postuna 55 yaşlı qardaşı oğlu Məhəmməd bin Naifi təyin edib.

Qeyd edək ki, kral Abdulla bin Əbdül Əziz əl-Səud yanvarın 23-nə keçən gecə 91 yaşında vəfat edib.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button