Dünya

İŞİD yapon girovları öldürdü – FOTO, VİDEO

İŞİD yapon girovları öldürdü - FOTO, VİDEO“The New York Times” qəzetinin yadığı xəbərdə deyilir ki, İŞİD girov saxladğı 2 yapon vətəndaşını qətlə yetirib. Qeyd olunur ki, terrorçu qrup onların azadlığı üçün cümə gününə qədər vaxt vermişdi.

Azadlıq müqabilində isə 200 milyon dollar ödəmək lazım idi. Şənbə günü isə onların ölümünü əks etdirən video-görüntülər yayılıb. Hazırda Yaponiya hökuməti həmin kadırların doğru olub-olmamasını araşdırır.

Terrorçuların sosial şəbəkərdəki fəaliyyətini yaxından izləyən “SITE” qrupu bildirib ki, hələ ki, konkret fikir söyləmək çətindir. 47 yaşlı Kenji Qoto və 42 yaşlı Haruana Yukavanın həyatı tükdən asılı idi. Yaponiyanın Baş naziri Şinzo Abe bu məsələ ilə bağlı dəfələrlə bəyanat versə də, onları xila edə bilmədi.

Qəzet yazır ki, İŞİD indiyə kimi iki amerikalı və iki britaniyalının başını kəsmişdi. Hər dəfə də qətli əks etdirən kadırlar İnternetdə yayılmışdı. Yaponiya indiyə kimi cəmi bir dəfə girovlara görə pul ödəyib. Həmin hadisə 1999-cu ildə Qırğızıstanda baş vermişdi. Onda Yaponiya 4 nəfər mədən eksperti olan vətəndaşına görə 3 milyon dollar ödəmişdi.

İndiyə kimi Yaponiya hökuməti girovlara görə pul ödəməyə hazır olması ilə bağlı heç bir bəyanat verməmişdi.

Elbəyi Həsənli

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button