Dünya

“Yaponiyalı və iordaniyalı girovu buraxırıq, siz isə…” – İŞİD

“Yaponiyalı və iordaniyalı girovu buraxırıq, siz isə...” - İŞİDTələb yeniləndi: “Yaponiyalı və iordaniyalı girovu buraxırıq, siz isə…”; Yaponiyanın baş naziri Ərdoğana xahiş edibmi?

“I24NEWS” yazır ki, İslam Dövləti bazar ertəsi yaponiyalı girov Kehji Qoto haqqında ikinci video yayımlayıb. Bu dəfə İŞİD bildirib ki, əgər 24 saat ərzində iraqlı qadın Sajida əl-Rişavini buraxsalar, onlar da Yaponiya vətəndaşını və İordaniyalı girov-pilot Muadh əl-Kasasibahı azad edəcəklər.

Videoda bildirilir ki, Yaponiya hökuməti iraqlı qadının azad edilməsi üçün İordaniyaya təzyiq göstərdiyini bildirir: “Ancaq vaxt azdır. Birbaşa dəyişikliyə hazır olun”.

Kehji Qoto bu video-müraciətdə çıxış edir və bildirir ki, İordaniya öz pilotuna sahib çıxmalıdır: “Əks təqdirdə, İordaniya hökuməti buna görə məsuliyyət daşıyacaq. Rica edirik, bizi qurban verməyin. İndi top İordaniya tərəfdədir”.

Qeyd olunur ki, Yaponiyanın baş naziri Sindzo Abe Türkiyə prezidenti ilə yaxındır. Prezident Ərdoğanın isə Yaxın Şərqdə ciddi əlaqələri var. Ola bilsin ki, Yaponiyanın baş naziri bu imkandan da yararlanmağa çalışacaq.

Loading...
reklam...

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button