Dünya

Kobani İŞİD-dən geri alındı

Kobani İŞİD-dən geri alındı
Türkiyənin Suriya ilə sərhəd Şanlıurfa vilayətində sərhəd-keçid məntəqələrinə kütləvi insan axını müşahidə olunur. Suriya kürdləri Kobani şəhərinin İŞİD silahlılarından təmizlənməsindən sonra öz yurdlarına geri qayıtmağa çalışırlar. Lakin sərhədçilər insanların xaotik şəkildə sərhəddən buraxılmasına qarşı sərt tədbirlər görüb.

ANS PRESS-in məlumatına görə, sərhədçilər gözyaşardıcı qazlarla kütləni dağıtmağa çalışıb. Hələlik dövlət rəsmiləri də, sərhədlərin keçilməsinə icazə verməyib.

Ötən gün Pişmərgə kürd qüvvələri şəhərə nəzarəti bərpa etdiklərini bildirmişdilər. Kürd əsgərlər Kobani dağında, eyni zamanda, dövlət binalarının üzərlərində öz kürd bayraqlarını dalğalandırmağa başlayıblar.

Torpaqların geri alınması həm Suriya, həm də Türkiyədəki minlərlə kürd tərəfindən bayram kimi qeyd olunub.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button