Dünya
Obama və Merkel Rusiyaya qarşı birləşdi
ABŞ prezidenti Barak Obama ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri New York Times yayıb.
Danışıq zamanı hər iki iki ölkənin lideri Rusiyanın sülh danışıqlarında əldə olunan razılığa əsasən boynuna götürdüyü öhdəlikləri yerinə yetirməmədiyi və qondarma DXR və LXR yaraqlılarını silahlandırdığı üçün məsuliyyətə cəlb olunması fikrində razılığa gəliblər. Bundan əlavə Obama və Merkel Ukraynaya maddi köməyin davam etdirilməsi barədə də razılaşıblar.
Qeyd edək k, 29 yanvar tarixində Avropa Birliyinin xarici işlər üzrə şurasının iclası olacaq. Güman edilir ki, burada Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsi də müzakirə ediləcək.