Dünya

İrandan qadınlarla bağlı inqilabi qərar

İrandan qadınlarla bağlı inqilabi qərar
İranda qadınlarla bağlı daha bir gözlənilməz qərar verilib. Bu ölkədə qadınların tribunalardan kişilərin oyunlarının izləməsi qadağan idi.

ANS PRESS-in məlumatına görə, indi əcnəbi qadınların voleybol matçları izləməsinə icazə verilib. Onlar paytaxt Tehranda keçiriləcək turnirləri izləyə biləcəklər.

İran Voleybol Federasiyasının başçısı Mahmud Afşardost İranın ev sahibliyi edəcək turnirin iyun avqust aylarında keçiriləcəyini deyib. O, Asiya kişilər arasında voleybol çempionatında əcnəbi qadınların yarışları salondan izləməsində bir problem olmadığını deyib.

Afşardost tərəfindən Asiya Voleybol Konfederasiyasına məktub göndərilib. Məktubda deyilir:

\”Qadın səfirlik işçiləri, xarici komandadakı oyunçuların ailələri, əcnəbi qadın izləyicilər və Tehranda yaşayan digər əcnəbilər yarışlar keçirilən salonda ola bilərlər\”.

Məktubda həmçinin çempionatın keçiriləcəyi Azadi Kompleksində qadınlar üçün müvafiq və xüsusi bir yer təşkil ediləcəyi qeyd edilib.

Qeyd edək ki, bir müddət öncə İranda voleybol matçını stadionda kişilərlə birlikdə izləmək istəyən 25 yaşlı İngiltərə vətəndaşı olan Gonçeh Gavami saxlanılmışdı. O, \”rejimə qarşı təbliğat\”da ittiham edilərək həbs edilmişdi.

Saytların yığılması Emblem, emblem.az, saytlarin yigilmasi, saytlarin hazirlanmasi, saytların yığılması, saytların hazırlanması

Bənzər Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button